CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın iki dövlət qurumu arasında məhkəmə olacaq

© Photo : ETSN mətbuat xidməti"Qu" gölünün ətrafına qeyri-qanuni tullantı boşaltmış yük avtomobili
Qu gölünün ətrafına qeyri-qanuni tullantı boşaltmış yük avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilir ki, reyd zamanı "Kamaz" markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qu" gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.

BAKI, 1 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində "Ətraf mühitin mühafizəsi haqqında" qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti İradə İbrahimova məlumat verib. Bildirilir ki, reyd zamanı "Kamaz" markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qu" gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.

Araşdırma zamanı avtomobillərin "Bakı metropoliteni" QSC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı QSC-yə protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti
0