CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məsciddən oğurluq edənlər ələ keçdilər

© Sputnik / Rahim MuradovMasallı Rayon Polis Şöbəsi
Masallı Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi ilə birgə əməliyyat-axtarış tədbirləri keçirərək məsciddən pul oğurlayan şəxləri saxlayıblar.

Sputnik Azərbaycan-ın Cənub bürosunun DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata əsasən, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları və 16400 Rusiya rublunun oğurlanması haqda Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslər aşkar edilərək saxlanılıb. Saxlanılanlar Cəlilabad rayon sakinləri Əli Zeynalov və Nizami Mahmudovdur.

Hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıblar və onlardan oğurladıqları 300 ABŞ dollarə və 127 AZN maddi sübut kimi götürülüb. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Xəbər lenti
0