CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni yol tikilir: Prezident 4,5 milyon pul ayırdı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Beş yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolu tikilir

BAKI, 30 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti
0