CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenə gömrük, yenə İran vətəndaşı, yenə tiryək...

© Photo : DGK Mətbuat XidmətiGömrükdə saxlanılmış narkotik maddə
Gömrükdə saxlanılmış narkotik maddə - Sputnik Azərbaycan
Abunə olmaq
10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir

BAKI, 30 aprel — Sputnik. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, idarənin "Qoşa Təpə" gömrük postunda Naxçıvan MR-dan İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına yük gətirən Azərbaycan vətəndaşı saxlanılıb və onun idarə etdiyi "DAF" markalı yük avtomobilinə rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib. Bu zaman qoşqunun alt tərəfində olan hava balonu ilə qoşqunun sol tərəfinə yaxın ramanın arasında şübhəli predmetlər monitorda əks olunub. Həmin hissələrin arasında gömrük nəzarətindən gizlədilmiş, bir ədəd şəffaf plastik şüşəyə doldurulmuş, xalis çəkisi 1242.1 qram təşkil edən narkotik vasitə — tiryək aşkarlanıb. Bundan əlavə, avtomobildən bir konvalyutda 10 ədəd həb olmaqla açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatları da aşkar olunub.

© Photo : Пресс-служба ГТК АРСотрудники ГТК пресекли незаконный ввоз наркотиков на территорию республики
Сотрудники ГТК пресекли незаконный ввоз наркотиков на территорию республики - Sputnik Azərbaycan
Сотрудники ГТК пресекли незаконный ввоз наркотиков на территорию республики

10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in" II Siyahısına daxildir.

Xəbər lenti
0