CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL yeni reys açdı

© Photo : AZALБортпроводница в ЗАО "Азербайджанские авиалинии" (AZAL)
Бортпроводница в ЗАО Азербайджанские авиалинии (AZAL) - Sputnik Azərbaycan
Abunə olmaq
Reyslər komfortlu "Airbus A320" laynerləri ilə yerinə yetiriləcək

BAKI, 30 aprel — Sputnik. AZAL-ın saytında Bakı-Tivat reyslərinə aviabiletlər satışa çıxarılıb.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.

Məlumata görə, "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən "Pasha Travel" şirkəti ilə çarter proqramı çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL-ın təyyarələri 3 yeni istiqamətə uçacaq

Reyslər komfortlu "Airbus A320" laynerləri ilə yerinə yetiriləcək.

Tivat — Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il bura çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf etmişdir, yerli limanının saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri vasitəsilə AZAL-ın çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

Həmçinin "Pasha Travel" turizm agentliyinə müraciət edə bilərsiniz:

(+99412) 404 10 90

E-mail: office@pashatravel.az

Xəbər lenti
0