12:17 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
116810

"Həmin torpaqlar məhz onun mülkiyyəti hesab olunduğundan həm orda ev tikmək üçün icazəni almaq asandır"

BAKI, 29 aprel — Sputnik. Bakıda bir çoxları ucuz olsun deyə sənədsiz torpaq almağa üstünlük verir. Halbuki, bir çox yerlərdə elə həmin qiymətə çıxarışı olan torpaqlar satılır. 

Sputnik Azərbaycan xəbər verir ki, ekspert Nofəl Quliyev yerli telekanallardan birinə verdiyi açıqlamada Bakının müxtəlif ərazilərində torpağı çıxarışla sotunu 1000-1500 manata satın almağın mümkün oldugunu bildirib.

Ekspert bildirir ki, istənilən şəxs torpaq alarkən onun çıxarış verilməsi mümkün olmayan ərazilərdə yerləşmədiyinə əmin olmalıdır.

Məsələn, Türkan qəsəbəsində sotu 1500 manatdan torpaqlar təklif olunur. Ekspertlər bildirirlər ki, çıxarışla torpaq alan şəxsləri heç bir risk gözləmir. Çünki həmin torpaqlar məhz onun mülkiyyəti hesab olunduğundan həm orda ev tikmək üçün icazəni almaq asandır, həm də ərazidə dövlət əhəmiyyətli hansısa infrastruktur layihələri icra edilərsə bazar qiymətinə uyğun torpaq və ya ev sahibinə kompensasiya ödəniləcək.

Əlaqədar

Torpaq alanlara hökumətdən xoş xəbər
Torpaqdan verilən pay
Bu ərazilərdə torpaq sürüşməsi aktivləşib
Torpaq üstündə kütləvi dava olub, yaralananlar var

Əsas mövzular