CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kiçik qızların saçları görün neçəyə satılır

CC0 / Pezibear / HairsUzun saçlı qız
Uzun saçlı qız - Sputnik Azərbaycan
Abunə olmaq
Təbii qadın saşlarının qiyməti uzunluğuna və rənginə görə dəyişir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Bu günlərdə sosial şəbəkələrdə Mobil Həşimov adlı şəxs təbii saçların satışı ilə məşğul olduğunu elan edib. Onun elanı qızlar arasında rezonans doğurub və qızlar dərhal ondan telefon nömrəsini istəyiblər, həmçinin saçların qiyməti və onları necə əldə edə biləcəkləri ilə maraqlanıblar.

Sputnik Azərbaycan-ın müxbiri Həşimovla əlaqə saxlayaraq ondan məşğuliyyəti haqqında ətraflı məlumat alıb. Məlum olub ki, o, artıq 6 ildir Bakıda təbii saçların satışı ilə məşğuldur və onları dünyanın müxtəlif guşələrindən gətirir.

© Photo : Facebook / Mobil HesimovMobil Həşimov
Mobil Həşimov  - Sputnik Azərbaycan
Mobil Həşimov

Həşimov qeyd edib ki, o, Bakıda Türkiyə, Sloveniya, Ukrayna, Özbəkistan və hətta Braziliyadan gətirilmiş saçları əldə edəcəyimiz yeganə adamdır. Onun sözlərinə görə, ən bahalı saçlar slavyan və özbək saçlarıdır. Çünki bu saçlar gurdur və gözəl rəng çalarları var. Azərbaycanlılar isə məhz bu tip saçları arzu edirlər.

"Mən öz həmkarlarımdan fərqli olaraq, Çindən gətirilmiş saçları almıram. Çünki hər dəfə o saçlarda bir cür problem yaranır. Mən istəmirəm ki, müştərilərim narazı qalsın. Çindən gətirilən saçlar yalnız bir cəhəti ilə qızların diqqətini cəlb edir ki, o da qiymətlərinin aşağı olmasıdır. Lakin onu alanlar sonradan peşman olurlar" — deyə Həşimov bildirib.

O qeyd edib ki, qiymətlər saçın rənginə və uzunluğuna görə dəyişir. 55-56 santimetr uzunluğu olan saçlar 80 manata, 1 metrdən uzun olanlar isə 380 manatadır. 

Ученики 3-го класса 8-й городской гимназии во время Дня знаний в Сочи - Sputnik Azərbaycan
RUSİYA
Müəllim dərsdə şagirdin saçını kəsdi

Söhbət zamanı məlum olub ki, Azərbaycanda da ona saç satmaq istəyən adi qadınlar və gözəllik salonlarının işçiləri müraciət edirlər. Həşimovun sözlərinə görə, o, daha çox azyaşlı qızların saçlarına üstünlük verir. Çünki bu saçlar çox bahadır və hər kəs onu əldə edə bilmir.

"Balaca qızların 55 santimetrlik saçı 130 manata və ondan yuxarı qiymətə satılır. Azyaşlı qızların saçları keyfiyyətli olduğu üçün hər zaman onlara tələbat var" — Həşimov deyib.

Saç tacirinin müştəriləri əsasən gənc qızlar, eləcə də Bakı, Gəncə və Sumqayıtdakı gözəllik salonlarıdır. Həşimovun sözlərinə görə, təbii saçlar qadınlar arasında çox tələb olunandır. Eyni zamanda qadınlar öz saçlarının da qayğısına qalır, onların uzun və canlı olmasına çalışırlar. Qadınlar arasında parikə üstünlük verənlər də var, öz saçlarının yenidən şəkilləndirilməsinin qayğısına qalanlar da. 

Bakıda stilist-vizajistlərin və saç ustalarının əl işləri nümayiş olunacaq - Sputnik Azərbaycan
VİDEO
Bakıda stilist-vizajistlərin və saç ustalarının əl işləri nümayiş olunacaq

Bununla yanaşı, Həşimov qeyd edib ki, o, yalnız saçın təbii olmasına görə məsuliyyət daşıyır. Onun gələcək taleyi, istifadə müddəti isə müştərinin özündən asılıdır.

"Bir çox qadınlar başa düşmürlər ki, bu, təbii saç olsa da, canlı deyil, onunla ehtiyatla davranmaq və onun qayğısına qalmaq lazımdır. Əgər daim istifadə olunmasa, onlar tez xarab olurlar. Bu isə artıq məndən asılı deyil, müştərilərdən asılıdır" — deyə Həşimov bildirib.

Söhbətin sonunda saç taciri deyib: "Yaxşı olardı ki, şinyonlar və pariklər olmasın, insanın öz saçları hamısından yaxşıdır".

Xəbər lenti
0