CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik kafe sahibini cərimələdi: Səbəb...

© Sputnik / Murad OrujovПередача денег из рук в руки
Передача денег из рук в руки - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib

BAKI, 28 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən "Beer Kode" kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, kafedə aparılan ölçmə işləri nəticəsində səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub. Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

Xəbər lenti
0