CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin diqqətinə: Bu yol bağlanır, ehtiyatlı olun

© Sputnik / Irade JELILBeşmərtəbə dairəsində bağlanmış yol
Beşmərtəbə dairəsində bağlanmış yol - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər

BAKI, 27 aprel — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Məlumatda qedy edilir ki, sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik.

Xəbər lenti
0