CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda insanlıq nümunəsi: Avtobus sürücüsü ac və pulsuz qadına kömək etdi

© Sputnik / Vitaly BelousovВодитель за рулем автобуса
Водитель за рулем автобуса - Sputnik Azərbaycan
Abunə olmaq
Ana və övladı daha sonra "Təmiz Dünya" İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə sığınacağa təhvil verilib

BAKI, 26 aprel — Sputnik. Bu günlərdə Bakıdakı sığınacaqlardan birinə Cəlilabad sakini olan qadın və 6 yaşlı qızı yerləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, ailədaxili məsələ səbəbindən paytaxta üz tutan və burada heç kimi olmayan qadına ilk olaraq təsadüfən rastlaşdığı 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü yardım göstərib. Belə ki, getməyə yeri olmadığı üçün avtobus bir dövrə vursa da, düşməyən qadın və övladı sürücünün diqqətini çəkib. Sürücü İntiqam Qasımov qadından ona necə kömək edə biləcəyini soruşub.    

Məlum olub ki, 3 uşaq anası olan Gülnarə adlı qadın kiçik qızını götürərək Bakıya üz tutub və burada getməyi yeri, nə də pulu yoxdur. Sürücü onlara yemək və su alıb. Həmçinin bu barədə aidiyyatı qurumlara məlumat verilib. Havanın soyuq olması səbəbindən bir neçə dövrəsi ərzində avtobusdan düşməyən ana və övladı daha sonra "Təmiz Dünya" İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə sığınacağa təhvil verilib. Onlar sürücü İntiqam Qasımova göstərdiyi insanpərvərliyə görə minnətdarlıq ediblər.

Xəbər lenti
0