14:47 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
41 0 0

Konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan müraciətini oxuyub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamına uyğun olaraq, aprelin 26-27-də Qusar şəhərində "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətidir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir
© Official website of President of Azerbaijan Republic

Konfransda Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən (Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektləri, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraq) görkəmli tarixçilər iştirak ediblər.

Tədbirin açılışı Qusar rayon Mədəniyyət Mərkəzində keçirilib.

Beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də ziyarət edilib. Sonra Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktları özündə əks etdirən kitablar və digər nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub. Konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan müraciətini oxuyub.

  • Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans
    Konfrans iştirakçıları 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət edir
    © Sputnik / Leyla Abdullayeva

    1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə

    Konsfransda iştirak edən ölkələrin dövlət bayraqları
    © Sputnik / Leyla Abdullayeva
  • Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans
    Konfrans iştirakçıları

    Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərkən
    © Sputnik / Leyla Abdullayeva
  • Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans
    Konfrans iştirakçıları
    © Sputnik / Leyla Abdullayeva
1 / 9
© Sputnik / Leyla Abdullayeva
Konfrans iştirakçıları 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət edir

Konfransda çıxış edənlər son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıblar. Çıxışlarda beynəlxalq elmi konfransın dövlətimizin başçısının "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğu diqqətə çatdırılıb.

İki gün davam edəcək beynəlxalq konfrans 3 bölmə üzrə aparılacaq. "1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar", "1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları", "1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından — Ermənistan SSR-in ərazisindən deportasiyası", "1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından — Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması", "1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr" istiqamətlərində məruzələr dinləniləcək.

Konfransın bağlanış mərasimi isə aprelin 27-də saat 11:30-da Mədəniyyət Mərkəzində olacaq.

Teqlər:
azərbaycanlıların soyqırımı, Qusar rayonu, beynəlxalq konfrans, Əli Həsənov

Əsas mövzular