16:38 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
51 0 0

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib

BAKI, 26 aprel — Sputnik. Azərbaycanda NETTY 2018 Milli İnternet Mükafatı seçimləri davam edir. Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin namizədlikləri irəli sürülür. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Müsabiqən iştirakçılarının ərizə qəbulu, virtual münsiflər heyətinin və ekspert şurasının formalaşması 15 may 2018-ci il tarixədək www.netty.az saytında davam edəcək. Hal-hazırda artıq 100-dən artıq müxtəlif ərizələr verilib.

Qaliblər "İlin İT-Hadisəsi", "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə", "İlin Mobil proqramı", "Facebook-un ən yaxşı səhifəsi", "Ən yaxşı onlayn-videolayihə" kimi nominasiyalarda və ölkənin ən yaxşı veb-resurslarını müəyyən edən 12 nominasiyada müəyyən ediləcək.

Müsabiqədə necə iştirak etmək olar

Müsabiqədə iştirak etməyin bir neçə yolu var: iştirakçı, virtual münsiflər heyətinin üzvü və ya müsabiqənin eksperti olmaq.

İştirakçılar mükafatın saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirmiş şəxslərdir.

Virtual münsiflər heyəti internet-istifadəçilərdən formalaşdırılır. 15 mayadək mükafatın saytında qeydiyyatdan keçmiş bütün istifadəçilər münsiflər heyətinin üzvü ola bilər və müsabiqə nominantların seçilməsində iştirak edə bilər. Qeydiyyatdan keçməyə və sevimli resursları dəstəkləməyə tələsin.

Ekspert şurası müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşma, marketinq, jurnalistika və digər sahələrdə mütəxəssis olan şəxslər tərəfindən təmsil olunur.

Qaliblər necə müəyyən edilir

Birinci mərhələdə iştirakçilarin ümumi sayından nominantlar müəyyən olunur, ikinci mərhələdə isə qaliblər elan olunur.

Birinci mərhələ üçün Virtual münsiflər heyəti və Ekspert şurası cavabdehlik daşıyır. Virtual münsiflər heyəti "Virtual münsiflər heyətinin Seçimi" nominasiyasında müsabiqə iştirakçılarının ümumi sayından üç nominantı seçir. Ekspert şurası mövcud nominasiyalardan hər birində üç nominantı seçir.

İkinci mərhələdə səsvermə nəticəsində əldə edilmiş nominantların siyahısı NETTY Akademiyasının müzakirəsinə ötürülür. NETTY Akademiyası Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarda fəaliyyət göstərən nüfuzlu şəxsiyyətlərlə təmsil edilir. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir.

Səsvermə nə vaxt başlayır

Səsvermə 15 maydan 22 mayadək keçiriləcək. Bu dövrdə Ekspert şurası və Virtual münsiflər heyəti nominantların yekun siyahısını formalaşdırır.

22 mayda qaliblərin müəyyən edilməsi üçün NETTY Akademiyası öz səsverməsinə başlayacaq.

Mükafatın nominantları və qalibləri nə əldə edirlər

NETTY 2018 qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi şəkildə elan edilirlər. Bu, bütün ölkədən maraqlı və proqressiv insanları toplayan unikal tədbirdir. Mərasimin iyunun əvvəlində keçirilməsi nəzərdə tutulub.

Mərasimə mükafatın bütün nominantları dəvət olunur. Müsabiqənin əsas mükafatı olan NETTY heykəlciyi qaliblərə təqdim edilir, nominantlar müvafiq diplomları alırlar. Mükafatın çoxsaylı partnyorları faydalı hədiyyələri təqdim edirlər. KİV-in və internet-auditoriyaların diqqəti təmin olunur.

Bu il müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın baş partnyoru — NAR şirkətidir.

Dünya Kuboku Bakıda
© Sputnik / Murad Orujov

Qızıl partnyor — Azintelecom şirkətinin Data Mərkəzidir.

Şirkət-distribütor Mi Mobile şirkəti, Carlsberg Azerbaijan şirkəti, BakuTel sərgisi, SmartHost şirkəti, operator KATV1, Golden Pay şirkəti, DEJURE layihəsi, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər

Layihənin informasiya partnyorları: Infocity.az, CBC.az, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org, DeJure.az saytları.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.

Əlaqədar

NETTY 2018 İnternet Mükafatı iştirakçılara müraciət etdi
Teqlər:
veb-resurs, İT layihə, Milli İnternet Mükafatı, NETTY, ərizə, müsabiqə

Əsas mövzular