CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Bu gündən etibarən kimsə cərimələnə bilməz

CC0 / jarmoluk / водительGecə avtomobil idarə etmək
Gecə avtomobil idarə etmək - Sputnik Azərbaycan
Abunə olmaq
Ərşad Hüseynov: "Ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil"

BAKI, 24 aprel — Sputnik. İnzibati Xətalar Məcəlləsinə edilən və ötən gün rəsmən imzalanan başqa bir dəyişiklik taxoqrafdan istifadə ilə bağlıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir.

© Facebook / Ərşad HüseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov

Məsələni öz "Facebook" səhifəsində şərh edən hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, 1 yanvar 2019-cu ildən daxili daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcək. Hüquqşünasın sözlərinə görə, ölkədaxili daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün məcburidir:

— icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar istisna olmaqla);

— şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istıfadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən az olanlar istisna olmaqla).

"Şəhəriçi avtobuslar və taksilər üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur. Bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi. Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir" — Ə.Hüseynov yazıb.

"Deməli, bu gündən başlayaraq 1 yanvar 2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz. Amma ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil" — deyə hüquqşünas əlavə edib.

Xəbər lenti
0