21:34 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
33800

Aslanov Ukrayna estradasının 45 yaşlı primadonnası İrina Bilık ilə evlidir və ondan Təbriz adlı oğlu var

BAKI, 22 aprel — Sputnik. Tanınmış azərbaycanlı fotoqraf, stilist və müğənni Aslan Əhmədov məşhur rusiyalı siyasətçi Kseniya Sobçakın yeni açıq-saçıq fotolarını dərc edib.

Sputnik Azərbaycan xəbər verir ki, fotoqraf bundan əvvəl dərc etdiyi fotoların geniş maraq doğurduğunu görərək, yenidən bu addımı atmaq qərarına gəlib. Əhmədov fotoları Instagram sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Fotolarda Sobçak alt paltarda poz verir.

Əhmədov yazıb: "Əvvəlki postlaq və teqlərdən görünür ki, qədim 2005-ci ilin fotosessiyası mənim izləyicilərimin xoşuna gəlib. Yuxuya getməmişdən öncə daha bir neçə fotoya baxın. Və unutmayın ki, bu sadəcə incəsənətdir".

Kseniya Sobçak azərbaycanlı fotoqraf Aslan Əhmədovun fotosessiyasında. 2005-ci il
Kseniya Sobçak azərbaycanlı fotoqraf Aslan Əhmədovun fotosessiyasında. 2005-ci il

Sobçak özü köhnə fotolarının dərc edilməsinə heç bir reaksiya göstərməyib.

Qeyd edək ki, fotoqraf öz studiyasında bir şox rusiyalı məşhurun fotosunu çəkib.

Kseniya Sobçak azərbaycanlı fotoqraf Aslan Əhmədovun fotosessiyasında. 2005-ci il
© Photo : INSTAGRAM / ASLANAHMADOV
Kseniya Sobçak azərbaycanlı fotoqraf Aslan Əhmədovun fotosessiyasında. 2005-ci il

Aslan Əhmədov Bakıda doğulub və böyüyüb, sonra işləmək üçün Moskvaya köçüb. O, geniş publikaya vizajist kimi tanışdır. Məşhur aktrisa Lüdmila Qurçenko uzun illər Aslanın xidmətindən yararlanıb.

O, həm də "Qolos" musiqi layihəsində iştirak edib. Hazırda rusiyalı məşhurlar üçün fotosessiyalar və kliplər çəkir.

Aslanov Ukrayna estradasının 45 yaşlı primadonnası İrina Bilık ilə evlidir və ondan Təbriz adlı oğlu var.    

Teqlər:
Aslan Əhmədov, açıq-saçıq, Kseniya Sobçak, foto

Əsas mövzular