CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət, qadağa gəlir: Dərman olmasa da, çarə olacaq

© Sputnik / Murad OrujovBakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti, arxiv şəkli
Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elməddin Muradlı: "Avtomobillər şəhərə bir şərtlə daxil ola bilər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Qarşıdan gələn həftə Bakıda yenidən mötəbər Formula-1 Azərbaycan Qran Prisi yarışları keçiriləcək. Yarışlarla əlaqədar paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, aprelin 23-dən Bakıda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət qoyulacaq.

Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayon qeydiyyatlı avtomobillər Bakıya buraxılmayacaq - Tarix açıqlandı

Son iki ildə tətbiq edilən bu qərar hər dəfə də sürücülər tərəfindən narazılıqla qarşılanır. Bu gün də sürücülərə tətbiq edilən məhdudiyyətlə bağlı qaranlıq qalan bəzi suallar var. Sputnik Azərbaycan həmin suallara yol hərəkəti üzrə ekspertlərlə cavab tapmağa çalışıb.

Elməddin Muradlı bildirib ki, bir neçə gün müvəqqəti olaraq Bakı şəhərinə regionlardan Formula 1 oyunları zamanı Bakı qeydiyyatı olmayan avtomobillərin daxil olmasına qadağa qoyulub: "Burada həmin günlərdə hansı avtomobillərin şəhərə daxil olması qeyd edilib. Bunlar operativ nəqliyyat vasitələri, kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələridir. Digər nəqliyyat vasitələri isə xüsusi dayanacaqlarda dayanmalıdırlar. Burada avtomobilin saxlanmasına məhdudiyyət qoyulmur. Neçə gün istəsələr orada maşın saxlamaq olar. Həm də qeyd edim ki, bu dayanacaqlar pulsuz olacaq. Bir də təcili xəstə gətirən avtomobillər də şəhərə daxil ola bilər. Bir şərtlə ki, həmin xəstənin həkimdən göndəriş vərəqəsi olmalıdır".

"Bu qərar 3-5 faiz tıxacın qarşısını ala bilər. Amma rayon qeydiyyatlı avtomobillər və yük avtomobillərinin hərəkəti məhdudlaşdırılarsa bu zaman mötəbər yarışın keçirilməsi bir qədər asanlaşar. Bu qayda Sumqayıt və Abşeron seriya nömrəli avtomobillərə də aiddir. Abşerondan gələnlərə ictimai nəqliyyatdan, Sumqayıtdan gələnlərə isə Sumqayıt-Bakı qatarından istifadə etmələri tövsiyə olunur" — deyə Elməddin Muradlı qeyd edib.

Yol eksperti Azər Allahverənov bunları əlavə edib: "Formula 1 Azərbaycan Qran Prisi yarışları ilə əlaqədar, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq 2015-ci ilin protokoluna uyğun olaraq Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə paytaxta regionlardan avtomobillərin girişi məhdudlaşdırılacaq.

Защитный барьер Формулы-1 в Баку - Sputnik Azərbaycan
Sərnişinlərə "Formula 1" ilə bağlı önəmli məlumat

Xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı şəhərində qeydiyyatda olmayan minik və yük avtomobillərinin paytaxta girişinə aprel ayının 23-dən məhdudiyyət tətbiq ediləcək

Tövsiyə olunur ki, Sumqayıt sakinləri avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər".

O, bildirib ki, faizə gəldikdə, Bakı küçələrində gün ərzində haradasa 5-7 faiz rayon maşınları hərəkət edir: "Müvəqqəti məhdudiyyətin tətbiq edilməsi tam qanunidir".

Xəbər lenti
0