CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Nə qədər düzünü deyəcəyik, o qədər daşlayacaqlar"

© Sputnik / Tarana KhudabakhshiyevaBloqer Əlixan Rəcəbov
Bloqer Əlixan Rəcəbov - Sputnik Azərbaycan
Abunə olmaq
"Paxıllıq, yuxarı ucalan insanın ayağının altını qazmaq, yaltaqlıq və bu kimi pis əməlləri insanlara göstərirəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Son illər video bloqerlərin sayı durmadan artır. Kimin əlinə kamera düşürsə, bir video çəkib sosial şəbəkələrdə paylaşır və bloqer olur. Uğurlu bloqer olub-olmamaları isə videolarına baxış sayından, qısa müddətdə tanınmalarından və cəmiyyətə verdikləri mesajlardan asılıdır.

Bu gün yüzlərlə bloqerin içində seçilənlərdən biri də Əlixan Rəcəbovdur. Onun videolarında toxunduğu mövzular bu günümüzü əks etdirir.

Qısa bir zamanda tanınan və sevilən video bloqeri Sputnik Azərbaycan-a verdiyi müsahibədə daha yaxından tanıyacaqsınız.

Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива - Sputnik Azərbaycan
Ərəb bloqer Azərbaycan xalqından üzr istədi

- Əlixan Rəcəbov kimdir?

— Əlixan adi insandır. Heç kimdən seçilmək istəməyən bir şəxsdir.

- Necə oldu ki, bloqer olmaq qərarına gəldiniz?

— Milli Aviasiya Akademiyasında təhsil almışam. 2008-2013-cü illərdə tələbə olduğum müddətdə KVN-də oynamışam. Hətta Azərbaycanı Rusiyada və MDB ölkələrində təmsil etmişik. Amma bunu heç kim bilmirdi. KVN fəaliyyətim bitəndən sonra — 2016-cı ildə qərara aldım ki, cəmiyyətə demək istədiyim mesajları bloq vasitəsi ilə çatdırım. Düşündüm ki, nəsə alına bilər. Alındı da. Mən bloqer kimi tanındım.

- Hansı bloqerlərdən ilhamlandınız?

— Azərbaycanda heç kimə baxmadım. Rusiyada məşhur bloqer Yevgeni Bajenyov var. Onun vaynlarını çox bəyənirəm. Ona baxaraq bu sahədə iş görmüşəm. Azərbaycanda isə sadəcə bir nəfəri, Taleh Yüzbəyovu bəyənirəm.

© Sputnik / Tarana KhudabakhshiyevaBloqer Əlixan Rəcəbov
Bloqer Əlixan Rəcəbov - Sputnik Azərbaycan
Bloqer Əlixan Rəcəbov

- Bir bloqda 2-3 obraz birləşdirirsiniz. Bu obrazlar ilə nə demək istəyirsiniz?

— Məqsədim cəmiyyətdə olan insanları özlərinə göstərmək, problemləri qabardaraq onların düzəlməsinə kömək olmaq idi. Amma olmadı. Çünki insanlar vayn və ya bloqa gülmək üçün baxırlar, ondan nəticə çıxarmaq üçün yox. Paxıllıq, yuxarı ucalan insanın ayağının altını qazmaq, yaltaqlıq və bu kimi pis əməlləri insanlara göstərirəm.

- Sizin ayağınızın altından çəkən olub?

Despacirto klipindən kadr - Sputnik Azərbaycan
"Youtube"də bir ilkə imza atan video

— O qədər… Hətta nəinki çəkib, indi də çəkirlər. Nə qədər düzünü deyəcəyik, o qədər daşlayacaqlar.

- Bloqlarınızda 4-5 obraz canlandırırsınız? Hansı daha çox özünüzə yaxındır?

— Heç biri mən deyiləm. Kamera önündə görünəndən tam fərqliyəm. Həyatda sakitliyi sevən, toplumdan qaçan biriyəm. Bəzən hər şeydən bezib təbiətə çəkilə bilərəm. Ya da xarici ölkəyə gedə bilərəm. Məsələn, bu yaxında Gürcüstana gedib bir müddət hər şeydən dincəldim. İmkanım olsa, dostlarımla birlikdə bir sıra ölkələrə səfər edərəm. Məşhurluq mənim üçün yad hisslərdir. Əksinə, insanların içində olmaqdansa, evdə əyləşib bir filmə baxmağı daha çox sevirəm. Ümumiyyətlə insan hər şeydən bezir. Ona görə hərdən yaşadığımız mühiti və şəraiti dəyişmək lazımdır. Bir insan bir il hər gün pomidor yumurta yeyə bilməz axı. Bir müddət sonra o yeməkdən iyrənər.

- Deməli, məşhurluq sizə narahatlıq yaradır?

— Bəzi insanlar estetika, mədəniyyətdən çox uzaq davranırlar. Bu da məni bezdirir. "Ayə, Əlixan" deyə fitlə çağıranlar da olur. Düşünürlər ki, videolarda necəyəmsə, həyatda da elə olmalıyam. Ciddi olanda deyirlər, "niyə gülmürsən?" Bir sözlə, iki kəlmədən sonra səmimi münasibət yaratmaq istəyirlər. Bu da doğru deyil.

- Son vaxtlar video çəkimlərini saxlamısınız. Səbəb?

Aktyor Elşən Hacıbabayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tanınmış aktyor: "Mikayıl Mirzəyə qayıtdım ki, alə..."

— Başa düşürəm ki, çəkdiyim videoların mənası yoxdur. Mirzə Ələkbər Sabir zamanında deyirdi, ancaq o zaman onu qəbul etmirdilər. Amma öləndən sonra dedilər, "hə, o, düz deyirdi". İndi də heç nə dəyişməyib. Artıq həvəsim yoxdur və çoxdandır video çəkmirəm. Ümumiyyətlə vayn sözünü sevmirəm.

- Niyə?

— Bir neçə il öncə vayn adlı proqram var idi. Ondan istifadə edib video çəkənlər vayner adlanırdı. Artıq o proqram yığışdırılıb, amma bizdə hələ də vaynerlər qalıb.

- Bu sahədə özünüzü inkişaf etdirmək barədə necə, düşünmüsünüzmü?

— Əlimdə imkan olsa, pul yığsam, birinci işim xaricə gedib, orada aktyorluq, ya da rejissorluq üzrə təhsil almaq olacaq. Ondan sonra özümə aktyor deyə bilərəm. Hələ ki, bloqerəm. Təhsil almadan bəzi vaynerlər kimi sinəmə döyüb, özümü aktyor adlandıra bilmərəm. Axı onların kino və aktyorluqdan, kino tarixindən xəbərləri yoxdur. Aktyor olmaq üçün ən azı Stanislavskini tanımaq lazımdır.

© © SputnikBloqer Əlixan Rəcəbov Sputnik Azərbaycan agentliyinə müsahibə verərkən
Bloqer Əlixan Rəcəbov Sputnik Azərbaycan agentliyinə müsahibə verərkən - Sputnik Azərbaycan
Bloqer Əlixan Rəcəbov Sputnik Azərbaycan agentliyinə müsahibə verərkən

- Bloqerlikdə yaş məhdudiyyəti var?

— Bloqerin də yaşı var, əlbəttə. Piramidanın zirvəsi olur. Bizdə isə bloqerlər piramidanın 2-3-cü pilləsində dayanıb, reklam işinə keçirlər.

- Bloqerlərin əksəriyyəti hər şeyi reklam edir. Sizcə, bu doğrudur?

Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan
AXC-nın 100 illiyi ilə bağlı maraqlı video-çarx

— Bəli, çoxu corabdan başlayır, alt geyiminə kimi reklam edir. Mən hələ o səviyyəyə qalxmamışam. Burada da pis bir şey yoxdur, Kristian Ronaldu, Zoloton İbragimovic və s. dünya ulduzları belə alt-paltarı reklamına çəkiliblər. Mən isə əvvəlcə onların səviyyəsinə qalxmalıyam.

- Deyilənə görə, "Youtube"dən hər baxışa görə pul qazanmaq mümkündür. Ona görə də, bloqerlər kanala daha çox video yükləyirlər.

— Açığı deyim, videolarıma 2-3 milyon baxış olub və bu baxışlara görə 100 dollar pul qazanmışam. Özümü milyoner saya bilərəm (gülür).

- Yeni bloqer olmaq istəyənlərə məsləhətiniz nədir?

— Çəkməsinlər. Bloqer olmasınlar. Daha ciddi və lazımlı işlə məşğul olsunlar. Onsuz, bir müddət sonra bezəcəklər.

Xəbər lenti
0