CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıda qadın özünə 16 bıçaq zərbəsi vurdu

CC0 / Snufkin / Knife Нож, фото из архива
Нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda qadın xəstəxananın reanimasiya şöbəsində müalicə edilir

Rahim Zakiroğlu, Sputnik Azərbayacan

BAKI, 19 aprel- Sputnik. Masallıda qəribə hadisə baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Təzə Alvadı kənd sakini, 1980-ci il təvəllüdlü Elnarə Muxtarova özünə 16 bıçaq zərbəsi endirib.

E.Muxatrova bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onun üzərində dərhal cərrahiyə əməliyyatı aparılıb və onun hazırda qadının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Məlumata görə, 38 yaşlı qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş və bir müddət xəstəliyi ilə əlaqədar dərmanlar qəbul edib. Amma sonra dərmanların qəbulunu dayandırıb. E.Muxtarova özünü əsəbi halda bıçaqladığını bildirib. Hazırda o xəstəxananın reanimasiya şöbəsində müalicə edilir.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0