CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O, 21 milyonuncu oldu

© Photo : ASAN Xidmət mətbuat mərkəziŞahvar Yusufov
Şahvar Yusufov - Sputnik Azərbaycan
Abunə olmaq
Seçilən şəxs Xaçmaz şəhər sakini Şahvar Yusufov olub

BAKI, 17 aprel — Sputnik. 16 aprel 2018-ci il tarixində "ASAN xidmət"ə 21 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müraciətin sahibi Xaçmaz şəhər sakini Şahvar Yusufov olub. O, Xaçmaz şəhərində Səyyar ASAN xidmətə müraciət edərək ASAN qatarda Ədliyyə Nazirliyinin notariat xidmətindən yararlanıb.

21 milyonuncu müraciətin sahibi kimi Şahvar Yusufov təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa regionlarda 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Xəbər lenti
0