02:29 19 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0249
  • USD1.7000
  • EUR1.9876
Yol polisi

DYP rəsmisi: "Bu, təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
45 0 0

Polis mayoru: "Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə ciddi nəzarət edilməlidir"

BAKI, 17 aprel — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət ünvanlayaraq bəzi tövsiyələr verib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev Sputnik Azərbaycan-a bildirib ki, son günlər qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticəli qəzaların əksəriyyəti mövsümün dəyişməsi ilə əlaqədar havaların tez-tez yağmurlu, çiskinli və dumanlı keçməsi, eləcə də ayrı-ayrı sürücülərin sükan arxasına yorğun və yuxusuz vəziyyətdə əyləşmələri səbəbindən baş verir:

"Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə uzaq məsafəli yolda nəqliyyat vasitəsini idarə edən sürücülərin 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etmələrinin vacibliyi nəzərə alınaraq, Baş DYP İdarəsi bu səbəblərdən baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə ciddi nəzarət edilsin və yolboyu onun sazlığını nəzarətdə saxlanılsın. Bununla əlaqədar respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında müvafiq şərait yaradılıb, nəqliyyat vasitələrinin dayanması üçün xüsusi meydançalar təşkil edilib.

Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır".

Əlaqədar

DYP postuna hücum edən şəxs həbs edilib
DYP sürücülərin müdafiəsinə qalxdı: "Hər şeyi onların üstünə yıxmaq olmaz"
Sürücülərin nəzərinə: DYP-nin müraciətinə diqqət edin
DYP-dən sürücülərə daha bir xəbərdarlıq

Əsas mövzular