CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqətli olun: Paytaxtın bu küçələri bağlanır

© Photo : BNA mətbuat xidməti“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb
“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Sovetski" adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq müəyyən yollar bağlanır

BAKI, 17 aprel — Sputnik. "Sovetski" adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, aprelin 18-də Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0