14:00 19 Aprel 2018
Canlı yayım
Генеральный прокурор Азербайджана Закир Гаралов

Zakir Qaralov "İzvestiya" qəzetini cəzalandırmağı xahiş edir

© Foto: APA
CƏMİYYƏT
Qısa URL
291 0 0

Zakir Qaralov Rusiyanın baş prokurorundan "İzvestiya" qəzeti ilə bağlı ölçü götürməyi xahiş edib

BAKI, 17 aprel — Sputnik. Azərbaycanın baş prokuroru Zakir Qaralov rusiyalı həmkarı Yuri Çaykaya müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qaralovun müraciəti 16 aprel 2018-ci il tarixdə "İzvestiya" qəzetinin informasiya portalında Ermənistanın eks-prezidenti Serj Sarqsyanla müsahibədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağının və digər şüarların nümayiş etdirilməsidir. 

Yanmış Narkoloji Mərkəz
© Официальный сайт президента Азербайджана

Baş prokuror müraciətində ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyib. Həmçinin qeyd edib ki, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribat Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurub. Qaralov bu məsələ ilə bağlı Rusiyada obyektiv və ədalətli şəkildə araşdırma aparılacağına, həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, "İzvestiya"nın saytında yayımlanan müsahibəni Serj Sarqsyandan jurnalist Aleksey Zabrodin götürüb. Müsahibədə separatçı Dağlıq Qarabağ rejiminin bayrağının əks olunduğu və "Müstəqil Artsağa xoş gəlmisiniz" sözlərinin yazıldığı bilbordun şəkli yayımlanıb. Müsahibənin suallarından biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

1917-ci ildə nəşrə başlamış "İzvestiya" qəzetinin hazırkı baş redaktoru erməni əsilli Arsen Ohanesyandır.

Əlaqədar

Baş Prokurorluqdan Narkoloji Mərkəzlə bağlı açıqlama
Baş Prokurorluq Sumqayıtdakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı
Sabiq prokuror: "Qorbaçov və ətrafı əmin idi ki, Qarabağda da Krım ssenarisi təkrarlanar"
Baş Prokurorluq qəbul imtahanının nəticələri barədə məlumat yayıb
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Əsas mövzular