CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 381 kiloqram narkotik dövriyyədən çıxarılıb

© Photo : DGK Mətbuat XidmətiGömrükdə saxlanılmış narkotik maddə
Gömrükdə saxlanılmış narkotik maddə - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ilin ötən 3 ayı ərzində 49 kiloqram heroin aşkar edilib

BAKI, 16 aprel — Sputnik. Azərbaycanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin ötən 3 ayı ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 381 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 49 kiloqram heroin, 74 kiloqram tiryək, 249 kiloqram marixuana, 7,3 kiloqram həşiş və 2,3 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

Xəbər lenti
0