10:08 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Nəriman Nərimanovun heykəli

Ölümü də, həyatı da sirr olan milli bolşevik

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
208 0 0

Mixail Kalininin matəm mitinqində Nərimanovu "qurban" adlandırıb

BAKI, 14 aprel — Sputnik. Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib.

1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatının rəhbərliyinə daxil olub, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirib. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilib.

1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olub.

Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunub. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilib. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışıb.


N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin sədri və Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutub.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilib.

Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib.

Nərimanovun matəm mitinqində Mixail Kalininin dedikləri də bu ölümün "sui-qəsd" olduğunu təsdiqləyir: "N.Nərimanov yoldaşın şəxsində biz öz doğma partiyamızın sıralarındakı bir yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl Meydan Şərq xalqlarından birinci qurbanı öz ağuşuna alır". 

O, Nərimanovu əbəs yerə "qurban" adlandırmırdı.

Teqlər:
Nəriman Nərimanov, bolşevik, ölüm, doğum günü

Əsas mövzular