03:34 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Rubl və dollar

“Pokrov Məhərrəm”in milyonlarla borcu: İş adamı hansı müğənnilərə pul xərcləyib?

© Sputnik / Vladimir Trefilov
CƏMİYYƏT
Qısa URL
544 0 0

Moskva məhkəməsi kriminal aləmdə "Pokrov Məhərrəm" adı ilə məşhur olan azərbaycanlı biznesmenin ev dustağı olmasına qərar verib

BAKI, 13 aprel — Sputnik. Moskva məhkəməsi kriminal aləmdə "Pokrov Məhərrəm" adı ilə məşhur olan azərbaycanlı biznesmen Zeynalov Məhərrəm Novruz oğlunun ev dustağı olmasına qərar verib.

Sputnik Azərbaycan-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, Moskva ətrafındakı İstrinski rayonunun hüquq-mühafizə orqanları biznesmenlə bağlı RF Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) üzrə istintaq aparır.

Məhərrəm Zeynalov Moskvadakı meyvə, tərəvəz və göyərti ticarəti ilə məşğul olan obyektlərə nəzarət edir. O, əvvəllər azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın dairəsinə daxil olub.

Əldə etdiyimiz məlumata görə, Məhərrəm Zeynalov kiçik qardaşı Rövşənlə birlikdə "Tyoplıy stan" metrostansiyası rayonunda ticarətə başlayıb. Sonra onlar öz ticarətlərini "Şeremetyevo"ya köçürüblər. Zeynalov bir neçə iri Moskva bazarına (Vıxino və Jeleznodorojnıy rayonlarındakı Ticarət Mərkəzlərinə, Balaşixa rayonundakı yerli və xarici avtomobillərin salonuna, eləcə də bir çox digər obyektlərə) nəzarət etmiş ümumittifaq miqyaslı nüfuzlu "qanuni oğru" Hikmət Muxtarovun (Sabirabadlı Hikmət və ya Lotu Hikmət) klanına daxil olub. Xatırladaq ki, Hikmət Sabirabadlı həmçinin Çerkizov bazarına (gəlirlərinin 25%-nə), eləcə də 2006-cı il aprelin 7-də qətlə yetirildiyi Leninqrad prospektindəki əşya bazarına nəzarət edib. Muxtarovun ölümündən sonra Zeynalov Rövşən Lənkəranski (2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) ilə dostluq əlaqəsi yaradıb.

“Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev
“Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev

2013-cü ildə "Pokrovka" adı ilə məşhur olan bazanın bağlanmasından sonra Zeynalov "Four Seasons" (Dörd mövsüm) Domodedovo meyvə-tərəvəz bazasında köç salıb. Qısa müddətdən sonra o, Food City aqroklasterinə köçüb və ticarətçilərini də özü ilə ora aparıb.

Bir qədər əvvəl Sputnik Azərbaycan məlumat yaymışdı ki, qumar və qadınlara olan həvəs Moskvadakı Food City Ticarət Mərkəzi ərazisindəki iri meyvə-tərəvəz bazarının azərbaycanlı sahibi Məhərrəm Zeynalovu az qala dəmir barmaqlıqlar arasına salacaqdı. Və bu təhlükə hələ tam sovuşmayıb. Çünki təkcə keçmiş "Four Seasons" Domodedovo meyvə-tərəvəz bazasından Zeynalovla bağlı hüquq-mühafizə orqanlarına 9 nəfərdən şikayət daxil olub. Zeynalov martın 30-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə baş cinayət-axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin bir sutka sonra azadlığa buraxılıb.

Zeynalovun həbsinə səbəb Pokrov bazarının fəaliyyət göstərdiyi vaxtdan üst-üstə yığılıb qalmış borclarıdır. Sonra məlum olub ki, biznesmen şəhərdən heç yerə getməmək şərtilə azadlığa buraxılıb. Bir sıra məlumatlara görə, onunla bağlı hüquq-mühafizə orqanlarına Food City-nin sahibi və milyarder Qod Nisanov xahiş edib.

Zeynalovun bu qədər borclarının üst-üstə yığılmasına səbəb onun qumara və qadınlara olan düşkünlüyüdür. O, eyni zamanda kazinolara və vətənindən olan şou-biznes nümayəndələrinə səxavətlə pul xərcləyir. Əlbəttə, Məhərrəm Zeynalovun Azərbaycanın hansısa şou-biznes ulduzları ilə flirt etdiyi ilə bağlı nə hələlik jurnalistlər tərəfindən bir işarə vurulmayıb. Lakin bu, onu yaxından tanıyanlara heç də sirr deyil. O, külli miqdarda pulunu sevgili olduğu müğənnilərin populyarlaşdırılmasına sərf edir. Əldə etdiyimiz məlumata görə, Zeynalov öz tanışlarına bir neçə milyon dollar borcludur.

Əlaqədar

Məşhur "Pokrov Məhərrəm" azad edildi
Məşhur “Pokrov Məhərrəm” həbs edildi – VİDEO
Teqlər:
müğənni, şou-biznes, borc, milyonlar, həbs, Pokrov Məhərrəm

Əsas mövzular