23:10 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Həbs edilən qadın

Lənkəranda qətl: Kişinin ikinci arvadı birinci arvadını öldürdü

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
221 0 0

Qətli törədən G.Salayeva mərhum S.Həsənovanın həyat yoldaşı Arif Həsənovun qeyri-rəsmi nikahda olduğu qadındır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Lənkəranda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin Anar Mahmudov 128 ünvanında yaşayan Sevda Həsənova ailə münaqişəsi zəminində Lerik rayon sakini Gülşən Salayeva tərəfindən odunla vurularaq qətlə yetirilib.

Qətli törədən G.Salayeva mərhum S.Həsənovanın həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Həsənovun qeyri-rəsmi nikahda olduğu qadındır və hər iki qadın eyni evdə yaşayıblar. Qətl hadisəsini törədən G.Salayeva polis tərəfindən saxlanılıb.

Həm S.Həsənova, həm də G.Salayevanın 2 övladı olub.

Qətlə yetirilən Sevda Həsənovanın meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hazırda araşdırma davam etdirilir.

Teqlər:
arvad, odun, qətl, qadın, Lənkəran

Əsas mövzular