10:07 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Naxçıvan-Məşhəd ssürət qatarı

Sürət qatarının cədvəli dəyişdirilir

© Foto : ADY-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
78 0 0

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur

BAKI, 13 aprel — Sputnik. Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O, bildirib ki, aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Belə ki, qatar Naxçıvandan 15.04.2018-ci ildən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcək, Məşhəd stansiyasına 17.04.2018-ci ildən etibarən həftənin II günləri çatıb və geriyə 18.04.2018-ci il tarixdən etibarən həftənin III günləri yola düşəcək. Qatar Naxçıvana 19.04.2018-ci il tarixdən etibarən həftənin IV günləri çatacaq.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.

Teqlər:
cədvəl, dəyişiklik, qatar

Əsas mövzular