18:04 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Sərnişin qatarı

Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

© Foto : ADY-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
38 0 0

Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək

BAKI, 13 aprel — Sputnik. Aprelin 21-dən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Dəyişikliyə əsasən, 21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.

Bakı-Kiyev qatarı Bakı sərnişin stansiyasından həftədə bir dəfə — həftənin VI günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək. Qatar 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da Bakı sərnişin stansiyasına çatacaqdır.

Əlaqədar

Bakıya yeni gətirilən metro qatarında hamımıza maraqlı olacaq yenilik
Dəmiryol Vağzalında faciə: Qatar kişinin üstündən keçdi
Qatarla ekskavatorun toqquşmasının görüntüləri yayıldı
Qatar kimyəvi maddə daşıyan maşınla toqquşdu - VİDEO
Teqlər:
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, hərəkət cədvəli, sərnişin qatarı

Əsas mövzular