08:23 19 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi

Polkovnik-leytenant: "Xalqımız sizdən yaxın zamanda qələbə xəbərini gözləyir"

© Sputnik / Leyla Abdullayeva
CƏMİYYƏT
Qısa URL
7810

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısının müavini Fikrət Nuşiyev həqiqi hərbi xidmətə yola düşən gənclərə xidmətlərində uğurlar və sağ-salamat xidmətlərini başa vurub qayıtmalarını arzulayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə prezidentinin 6 mart tarixli sərəncamına uyğun olaraq Şabran rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yola salınma tədbirini giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Ağabəyov qeyd edib ki, bu günə kimi rayonumuzda çağırış yaşlı gənclərin Milli Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə yola salınmaları qeyd edilib. Hərbi xidmətə gedən Şabranlı gənclərin hər zaman yüksək əhval-ruhiyyələri onların Vətənə, dövlətə sadiq olmalarının bariz nümunəsidir.

  • Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi
    Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi
    © Sputnik / Leyla Abdullayeva
  • Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi
    Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi
    © Sputnik / Leyla Abdullayeva
  • Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi
    Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi
    © Sputnik / Leyla Abdullayeva
  • Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi
    Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi
    © Sputnik / Leyla Abdullayeva
1 / 4
© Sputnik / Leyla Abdullayeva
Şabran rayonunda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi

"Bu gün bura həqiqi hərbi xidmətə yola salınma mərasiminə toplaşmışıq. Memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan və bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bütün çətinliklərə rəğmən inamla inkişaf edən Azərbaycan digər sahələrlə yanaşı, ordu quruculuğunda da möhtəşəm uğurlara imza atıb. 2016-cı ilin aprel hadisələrində əsgərlərimizin göstərdiyi şücaət və igidlikləri bunun bariz nümunəsidir" – deyə Ağabəyov bildirib.

Gənclərə müraciət edən Anar Ağabəyov deyib: "Siz müddətli həqiqi hərbi xidmətə yola salınırsınız. Xidmətdə olduğunuz zaman yüksək intizamlı olmanızı, komandirlərinizin əmr və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmənizi tövsiyyə edirəm. Unutmayın ki, xalqımız sizlərdən yaxın zamanlarda qələbə xəbərini gözləyir. Düşmənlərimizin məğlubiyyəti və torpaqlarımızın azad olunması sizlərdən asılıdır. Bir daha vətən qarşısında müqəddəs borcunuzu şərəflə başa vurmağınızı arzulayıram!"

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısının müavini Fikrət Nuşiyev həqiqi hərbi xidmətə yola düşən gənclərə xidmətlərində uğurlar və sağ-salamat xidmətlərini başa vurub qayıtmalarını arzulayıb. 

Yola salınma mərasimində rayon ziyalıları, şəhid ailələrinin nümayəndələri, Qarabağ müharibəsi veteranları çıxış edərək gənclərə arzularını və tövsiyələrini bildiriblər.

Əsas mövzular