10:45 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Həbsxanada səsvermə

Məhbuslar prezident seçkisində iştirak edir

© Sputnik / Zarina Ibrahimkhalilova
CƏMİYYƏT
Qısa URL
41 0 0

Təcridxanadakı seçki məntəqəsində aktivlik müşahidə edilir

BAKI, 11 aprel — Sputnik. AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıdakı 1 saylı istintaq təcridxanasında müstəntiq və məhbuslardan ibarət 1058 seçici qeydiyyatdadır.

Cəzaçəkmə müəssisəsində 26 saylı Sabunçu 1-ci dairə seçki komissiyasının iki məntəqəsi — 37 və 38 saylı məntəqələri yerləşir.

Bununla belə, DSK üzvlərinin məlumatına görə, məhbusların sayından asılı olaraq məntəqələrdə seçicilərlə bağlı rəqəmlər dəyişə bilər.

Səhər saat 10:30-a olan məlumata görə, 400-dən artıq məhbus səs verib.

37-ci məntəqə seçki komissiyasının sədri Aslan Mirzəyevin sözlərinə görə, seçicilərin 25% —i səs verib. Müşahidəçilərin sözlərinə görə, burada seçici fəallığı hiss olunur. Seçki komissiyaları da öz növbəsində səsvermə prosesinin şəffaflığını təmin etməyə çalışır.

Qeyd edək ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində 8 namizəd iştirak edir: Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Azərbaycanın Sosial Demokrat Partiyasından Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı" partiyasından Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Azərbaycan Demokrat Partiyasından Sərdar Məmmədov (Cəlaloğlu), namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc və namizdəliyi "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayev.

Teqlər:
məhbus, səsvermə, Penitensiar xidmət, seçki

Əsas mövzular