CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Planetin ən yaşlı kişisi bu dəfə o oldu

© Photo : Mandatory credit Kyodo via REUTERSYaponiya vətəndaşı Masadzo Nonaka
Yaponiya vətəndaşı Masadzo Nonaka - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda təqaüddə olan Nonaka boş vaxtlarında televizora baxmağı, qəzet oxumağı, konfet və tort yeməyi xoşlayır

BAKI, 10 aprel — Sputnik. Yaponiya vətəndaşı Masadzo Nonaka planetin ən yaşlı adamı elan edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 112 yaş 259 gün həyat yaşayan Masodzo Nonaka Ginnesin Rekordlar kitabına planetin ən yaşlı kişisi kimi düşüb.

Məlumata görə, təşkilatın Yaponiya filialının vitse-prezidenti Erik Oqava yeni rekordçunu ziyarət edərək ona rekordu ilə bağlı sertifikatı tqədim edib.

"Biz sevinirik ki, bizim "planetin ən yaşlı kişi" rekordçumuz var. O bizə həyatın dəyəri haqqında, çox yaşamağın sirrləri haqqında çox şey öyrədə bilər" — deyə Ginnesin Rekordlar kitabının baş redaktoru Qreq Qlendey bildirib.

Məlumata görə, Nonaka 1905-ci ilin iyulun 25-də dünyaya gəlib. Onun 7 qardaşı və bacısı var. Onlar Hokkaydo adasının Asyoro qəsəbəsində yaşayırlar.

Hazırda təqaüddə olan Nonaka boş vaxtlarında televizora baxmağı, qəzet oxumağı, konfet və tort yeməyi xoşlayır.

Qeyd edək ki, Nonaka "planetin ən yaşlı kişisi" adını alan ilk yapon deyil. Əvvəllər bu adı 1897-ci il aprelin 19-da dünyaya göz açmış və 116 yaş 54 gün yaşamış Dziromon Kimura almışdı.

Xəbər lenti
0