23:52 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
İkinci əl avtomobillər

Bakıda yayılan gözlənilməz və qalmaqallı yenilik xəbəri yalandır?

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
110010

Ərşad Hüseynov: "Buna görə cərimə yazılması qanunsuzdur"

BAKI, 10 aprel — Sputnik. "Parklanma yerləri ilə bağlı dezinformasiya yayılmaqdadır. Guya parkomatlar ləğv olunur. Belə deyil və ola da bilməz".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov "Facebook" səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsi və İnzibati Xətalar Məcəlləsinin (İXM) 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və bu qaydaları pozanların cərimələnməsi qaydasını müəyyən edir.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov

"Qanunun tələbinə əsasən, parklanma yerlərində DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan foto və video qeydiyyat funksiyalı xüsusi texniki vasitə olmalıdır. Həmin vasitə avtomobilin parklanma yerinə gəlmə vaxtını, onun nömrəsini, ödəniş edilib-edilmədiyini, orada qalma müddətini qeydə alıb real vaxt rejimində (on-line) DYP-yə ötürməlidir. Hazırda Bakının bəzi yerlərində parklanma yerlərində nəzarətçilərin əlindəki qurğunun nə DYP-yə inteqrasiyası, nə də qeyd olunan funksiyaların hamısı var. Deməli bu qurğular və onlardan istifadə qanunvericiliyin tələbinə uyğun deyil" — Hüseynov yazıb.

Ekspert əlavə edib ki, ümumiyyətlə parklanma yerlərində belə tələblərə cavab verən parkomat və ya başqa qurğu olsa da, onların hazırda qanunda göstərilən qaydada tətbiqi mümkün deyil. Səbəblər isə aşağıdakılardır:

1. Nazirlər Kabineti parklanma yerlərinin təşkili və istifadəsi qaydalarını, eləcə də parklanma yerlərinin siyahısını müəyyən etməlidir (bunlar hələ müəyyən edilməyib).

2. Nazirlər Kabineti (və ya Tarif Şurası) parklanma yerlərindən istifadə haqqını müəyyən etməlidir (buda müəyyən edilməyib).

3. Nazirlər Kabineti parklanma yerləri yaxınlığında yaşayan sakinlər üçün ödənişsiz parklanma talonunun verilməsi qaydalarını müəyyən etməlidir (bu da yoxdur).

4. Ən başlıcası, 2 aprel 2018-ci il Fərmanına əsasən Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Məncə bu təhvil- təslim başa çatdırılanadək parklanma yerləri ilə bağlı hər hansı bir yenilik olmayacaq.

"Beləliklə, parklanma yerləri ilə bağlı yayılan bütün məlumatlar, xüsusən parkomatların ləğv edilməsi, yeni cərimələr və s. haqqında söhbətlər qanunvericiliyə uyğun deyil və əsassızdır" — hüquqşünas vurğulayıb.

Qeyd edək ki, Bakıda bütün patkomatların bu gündən ləğv edildiyi ilə bağlı xəbər yayılıb. Sosial şəbəkələrdə jurnalist Mahir Məmmədli məlumat yayıb ki, artıq parkomatlar ləğv edilib və bir çox parkinq nəzarətçilərinə balaca elektron cihazlar verilib.

"Maşın dayanan kimi aparata avtomobilin nömrəsi daxil edilir və mərkəzi sistemə məlumat ötürülür. Pulu ödəməyənlər isə cərimə olunacaq. Ödənilən pulu da nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq" — o əlavə edib.

Əlaqədar

Şarfı avtomobilin təkərinə dolandı, indi ölüm-dirim savaşı verir
"Sahil" metrostansiyası yaxınlığında avtomobil yanıb
Şəhər polisi avtomobillərdən oğurluq edən şəxsləri saxlayıb
Bir gündə 2 avtomobil eyni kanala düşdü: 8 nəfər öldü
Azərbaycanda İranla müştərək avtomobil zavodu açıldı
Teqlər:
parklanma, Ərşad Hüseynov, parkomat, DYP, sürücü, cərimə, avtomobil

Əsas mövzular