01:06 18 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Строительство жилищного комплекса, фото из архива

Dövlət başçısından məcburi köçkünlərə müjdə

© Sputnik / Ramil Sitdikov
CƏMİYYƏT
Qısa URL
290 0 0

Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək

BAKI, 9 aprel — Sputnik. Bu il ən azı 4 min ailə — 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

"Məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcək. Bu il ən azı 4 min ailə — 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə — yəni, 12 min köçkün evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq", — deyə dövlət başçısı bildirib.

Əsas mövzular