Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yasamalsayağı soyğun: Bakıdakı tarixə düşəcək oğurluğun detalları

© Sputnik / Anar MustafayevBankomat, arxiv şəkli
Bankomat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Naməlum şəxslər Yasamal rayonunda, Hüseyn Cavid parkı və Vergilər Nazirliyinin binası yaxınlığında yerləşən Kapital Banкın bankomatını qaynaq aparatı ilə kəsərək içindəki 174 min manat pulu aparıblar.

BAKI, 9 aprel — Sputnik. Ötən şənbə gecəsi Bakıda qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər Yasamal rayonunda, Hüseyn Cavid parkı və Vergilər Nazirliyinin binası yaxınlığında yerləşən Kapital Banкın bankomatını qaynaq aparatı ilə kəsərək içindəki 174 min manat pulu aparıblar.

Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Bu cinayətin maraqlı detalları üzə çıxıb. Məlum olub ki, tibbi maska taxmış iki kişi gündüz bankomatın yanına gəliblər. Bankın Yasamal rayon filialının işçilərindən biri onlardan şübhələnib. O, naməlum şəxslərə yaxınlaşaraq nə işlə məşğul olduqları ilə maraqlanıb. Adamlar soyuqqanlılıqla cavab veriblər ki, "sanepidemstansiya"dan gəliblər və buraları dərmanla "dezinfeksiya" edəcəklər. Sonra naməlum şəxslər çıxıb gediblər. 

Мужчина с канистрой, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda benzin oğrusu tutuldu: Borunu deşib...

Lakin bankomatın "dezinfeksiyası" kiçik qaynaq aparatının köməyi ilə gecə baş tutub.

"İki nəfər olduqları ehtimal edilən cinayətkarlar bankomatın yerini və ona haradan yaxınlaşa biləcəklərini qabaqcadan müəyyənləşdiriblər. Aparat avtobus dayanacağındakı köşkə quraşdırılıb. Cinayətkarlar köşkə daxil olaraq bankomatı içəridən yarıblar. Buna görə də, onların fəaliyyəti müşahidə kamerasına düşməyib." — deyə polisdən bildiriblər.

İstintaqın versiyasına görə, oğrular bir neçə gün davamlı olaraq həmin bankomatı izləyiblər və terminala külli miqdarda pulun yüklənməsini gözləyiblər. Bundan dərhal sonra onlar hərəkətə keçiblər.

Hələlik faktla bağlı saxlanan yoxdur. İstintaq davam edir.

Xəbər lenti
0