CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyevdən içməli su təminatı ilə bağlı vacib sərəncam

© pixabay / com77380Питьевая вода, фото из архива
Питьевая вода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 12,5 milyon manat pul ayrılıb

BAKI, 9 aprel — Sputnik. Prezident İlham Əliyev aprelin 9-da “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Xəbər lenti
0