13:59 19 Aprel 2018
Canlı yayım
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev gənclərlə bağlı qərar verdi

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
27910

Prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb

BAKI, 9 aprel — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncam gənclər siyasətinin prioritet istiqamətlərindən irəli gələn layihə və proqramların icrası, o cümlədən gənclərin sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır. 

Sərəncamla gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli fərmanına əsasən yaradılıb.

Əlaqədar

Prezident İlham Əliyev Macarıstanın baş nazirinə məktub göndərib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
İlham Əliyev gürcü həmkarına başsağlığı verib
İlham Əliyev: "Müsəlman ölkələrində radikal islam qruplaşmaları ilə bağlı təhlükə var"
İlham Əliyev yemək zövqündən, xanımının bacarığından və hobbisindən danışdı

Əsas mövzular