23:35 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
İntihar kəndiri, arxiv şəkli

Göyçayda gənc qadın intihara cəhd etdi, ölüm ayağındadır

CC0 / ArtWithTammy / suicide
CƏMİYYƏT
Qısa URL
74 0 0

Koma vəziyyətinə düşən qadın təcili Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb

BAKI, 8 aprel — Sputnik. Göyçayda 33 yaşlı qadın özünü asıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R. Mahirovanı təcili Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar.  R. Mahirovanın vəziyyəti ağırdır.

R. Mahirova ailəli olub, həyat yoldaşından ayrılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aydın deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər:
intihara cəhd, koma, Göyçay, qadın

Əsas mövzular