CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların diqqətinə: Gözlənilən tarix bəlli oldu

© Sputnik / Igor AgeyenkoСтроительство жилых домов, фото из архива
Строительство жилых домов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gələn aydan mənzillərin güzəştli satışına başlanılacaq

BAKI, 6 aprel — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır. MİDA-dan Sputnik Azərbaycan-a verilən məlumaat görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1,2,3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-də saat 10:00-da başlayacaq və avqustun 7-də saat 10:00-dək davam edəcək.

Yeni yaşayış binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzil almaq istəyənlər iyun ayınadək ehtiyatlı olsunlar, pulları "bata" bilər

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin olunub. Bütün binalar Azərbaycan Dövlət Tikinti normalarına uyğun layihələndirilib və inşa olunur.

Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyləri mövcuddur. Eyni zamanda, mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Xəbər lenti
0