CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaret çəkilməsinə icazə verilən və verilməyən məkanlar konkretləşdi

© Sputnik / Anar Mustafayevİctimai yerdə siqaret çəkən insanlar, arxiv şəkli
İctimai yerdə siqaret çəkən insanlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair tələblər müəyyən edilib

BAKI, 6 aprel — Sputnik. "Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər" təsdiq edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tütün məhsulları ilə bağlı növbəti qadağa və cərimələr gəlir

Qərar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 1774 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi qəbul edilib.

Bu Tələblər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun 10.3-cü və 10.4-cü maddələrinə uyğun olaraq hazırlanıb və mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə şamil edilir.

Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin fəaliyyətini təmin edən, layihələndirilməsini, tikintisini, yenidən qurulmasını və bərpasını həyata keçirən müəssisə, idarə və təşkilatlar bu Tələblərə riayət etməlidirlər.

Tütün çəkmək üçün xüsusi ayrılmış qapalı yerlər (bundan sonra – xüsusi qapalı yerlər) yalnız tütün çəkənlər üçün nəzərdə tutulur (bütün növ qəlyanlar və elektron siqaretlər də bu tələblərin təsir dairəsində tütün məmulatlarına bərabər tutulur) və aşağıdakı tələblərə cavab verməlidir:

— xüsusi qapalı yerlər bina daxilində insanların ümumi gediş-gəliş yerlərindən, kütləvi toplanma, istirahət və gözləmə sahələrindən kənarda yerləşdirilməlidir;

— xüsusi qapalı yerlər bütün tütün çəkilməyən yerlərdən tam təcrid edilməli, girişi və çıxışı bir qapıdan ibarət olmalıdır;

— xüsusi qapalı yerlərin tikintisində və quraşdırılmasında istifadə olunan materiallar yanğınadavamlı, içəridən və bayırdan üst səthləri asan yuyulan və təmizlənən, yuyucu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olmalıdır;

— xüsusi qapalı yerlər özü açılan və bağlanan avtomatik və ya özü bağlanan qapılarla təchiz olunmalıdır;

— xüsusi qapalı yerlərin daxilində görünən yerlərdə tütün əleyhinə, tütün çəkmənin zərərlərinə dair çap və digər maarifləndirici materiallar yerləşdirilməlidir;

— xüsusi qapalı yerlərin girişində "Tütün çəkmək üçün xüsusi ayrılmış yer" və "Tütün çəkmək səhhətiniz üçün zərərlidir" və "18 yaşadək şəxslərin girişi qadağandır" yazılarının, yaxud işarələrinin olması təmin edilməlidir;

— xüsusi qapalı yerlərdə təhlükəsizlik tələbləri təmin edilməli və yanğınsöndürmə qurğuları quraşdırılmalıdır;

— xüsusi qapalı yerlərdə siqaret kötükləri və ya onun hər hansı bir hissəsi, eləcə də digər tütün məmulatları tullantılarının toplanması məqsədi ilə metaldan hazırlanmış xüsusi külqabılar (tullantı qabları) yerləşdirilməlidir;

— xüsusi qapalı yerlərin sanitariya-gigiyena normalarına cavab verməsi və mütəmadi təmizlik işlərinin aparılması təmin edilməlidir;

— tütün məmulatları üçün nəzərdə tutulmuş külqabılar və bu məqsədlə istifadə edilə biləcək digər tullantı qabları mütəmadi olaraq qapalı tutumlara boşaldılaraq, tütünçəkmə qadağan edilən yerlərdən, sahələrdən kənarlaşdırılmaqla, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərə atılmalıdır.

Xüsusi ayrılmış qapalı yerlər havalandırma sistemi ilə təchiz edilməlidir. Havalandırma sistemi aşağıdakı tələblərə uyğun olmalıdır:

— xüsusi qapalı yerlər tütün çəkmək qadağan olunan yerlərə nisbətən mənfi hava təzyiqi altında saxlanılmalıdır. Mənfi hava təzyiqi yaratmaq üçün mexaniki sistem bütün iş saatlarında işləməlidir;

— xüsusi qapalı yerlərdən mexaniki havalandırma sistemi ilə xaric olan hava tütün çəkilməyən digər sahələrin havalandırma və kondisioner sistemlərinin havası ilə qarışmamalıdır;

— mexaniki havalandırma sistemi xüsusi qapalı yerin havasının bir saat ərzində azı 10 dəfə dəyişməsini təmin etməlidir;

Курение, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaret qadağası ilə bağlı daha bir xəbərdarlıq

— mexaniki sistem vasitəsilə xüsusi qapalı yerlərdən çıxarılan hava binanın girişindən və ya çıxışından, pəncərələrdən, havalandırma sistemlərinə təmiz hava daxil olan yerlərdən, tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı tələblərinə uyğun olaraq damörtüyü səviyyəsinə qədər uzaqlaşdırılmalıdır.

Tütün çəkmək üçün xüsusi ayrılmış açıq yerlərə dair tələblər də müəyyənləşib.

Tütün çəkmək üçün xüsusi ayrılmış açıq yerlər (bundan sonra — xüsusi açıq yerlər) yalnız tütün çəkənlər üçün nəzərdə tutulur (bütün növ qəlyanlar və elektron siqaretlər də bu tələblərin təsir dairəsində tütün məmulatlarına bərabər hesab edilir) və aşağıdakı tələblərə cavab verməlidir:

— xüsusi açıq yerlər binaların giriş və çıxışlarından, ümumi gediş-gəliş yerlərindən kənarda yerləşdirilməlidir;

— xüsusi açıq yerlərdə "tütün çəkmək üçün xüsusi ayrılmış yer" yazısının olması təmin edilməlidir.

— xüsusi açıq yerlər ərazisində siqaret kötükləri və ya onun hər-hansı bir hissəsi, eləcə də digər tütün məmulatlarının tullantıları üçün metaldan hazırlanmış xüsusi külqabılar (tullantı qabları) yerləşdirilməlidir;

— siqaret kötüklərini və ya onun hər-hansı bir hissəsini, eləcə də digər tütün məmulatlarının tullantılarını nəzərdə tutulmuş yerdən kənara atmaq qadağandır;

— xüsusi açıq yerlərin sanitariya-gigiyena normalarına cavab verməsi və mütəmadi təmizlik işlərinin aparılması təmin edilməlidir.

Xəbər lenti
0