CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspertdən maraqlı təklif: Bütün evsizlər ev ala biləcək

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidMənzil, arxiv şəkli
Mənzil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər bu sahəyə nəzarət güclənsə, bütün evsizlər ev sahibi ola bilər"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Bakı şəhərində 10 minlərlə ev kirayədədir. Bu qədər də insan kirayə qalır. Kirayədə qalan insanların böyük əksəriyyəti kirayə haqqını ödəmək qabiliyyətinə malik insanlardır. Bu insanlar azı ayda 300-600 (və daha çox) manat kirayə haqqı ödəmələrinə baxmayaraq ipoteka ilə ev ala bilmirlər. Səbəb isə odur ki, onların dövlət qeydiyyatlı işləri yoxdur.

© Photo : Facebook / makler1979Tikinti eksperti Elnur Fərzəliyev
Tikinti eksperti Elnur Fərzəliyev - Sputnik Azərbaycan
Tikinti eksperti Elnur Fərzəliyev

Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, kirayədə yaşayan insanların əksəriyyəti özəl şirkətlərdə çalışan və şəxsi biznesi olan şəxslərdir.

Ekspert bildirir ki, istər kirayədə qalan şəxslər, istəsə də kirayə verənlər bunu vergidən gizlədirlər. Hər hansı bir obyekt, ev kirayə verilən zaman notarial qaydada müqavilə bağlanmalı və hər ay 16-18 faiz vergi ödənilməlidir. Bu tərəflərə sərf etmədiyi üçün çox zaman müqavilə bağlamırlar. Elə insanlar var ki, 15-20 ildir kirayə qalır və ipoteka şərtləri ağır olduğu üçün ev ala bilmirlər. 

Строящийся жилой комплекс в Хатаинском районе Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Evsizlər üçün bir ümid, o da hələ sual altında

"İpoteka ilə ev almaq istəyən şəxslərin ilk növbədə dövlət qeydiyyatlı işi, bəlli miqdarda əmək haqqı olmalı, digər ailə üzvlərinin işi və əmək haqqı qeyd edilməlidir. İpoteka ilə yüksək əmək haqqı alan çox az adam ev ala bilir" — ekspert bildirir.

Fərzəliyevin sözlərinə görə, devalvasiyadan öncə ipoteka kreditlərini daha çox bank işçiləri ala bilirdi. 2015-ci ildə devalvasiyadan sonra bir çox banklar bağlandı və yüzlərlə kadr işsiz qaldı. Problemli bank kreditlərinin çoxu da elə bankların işçiləri tərəfindən yaradıldı.

"Məncə ipoteka şərtləri sadələşdirilməldir. Məsələn, şərtlərdə şəxslərin kirayə müqavilələri tələb edilməlidir. Belə olan şəraitdə kirayədə qalanlar ev sahiblərini qanuni müqavilə bağlamağa məcbur edə bilərlər. Bu zaman kirayəçi tələb edə bilər ki, kirayə haqqını hesaba yatırsın. İpoteka şərtləri asanlaşsa, kirayədə qalanlar buna çox maraq göstərəcək. Təsəvvür edin, on minlərlə insan kirayədə qalır və bunun 90 faizi dövlətə vergi vermir. Əgər bu sahəyə nəzarət güclənsə, bütün evsizlər ev sahibi ola bilər. Və eyni zamanda ev sahibləri kirayə verdikləri evə görə vergi ödəyər". 

Avropa İttifaqının təmsilçisi Denis Daniilidis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Aİ-nin yunan əsilli nümayəndəsi: Bakılılar, binaları sökməyin!

Ekspert qeyd edir ki, hər binada olan mənzilə ipoteka verilmir. Beşmərtəbəli köhnə binalara isə heç kim yaxın durmur: "O binalara ipoteka verirlər ki, gələcəkdə sökülməsin. 9-mərtəbəli binalar isə şəhərdə o qədər də çox deyil. Gənclik, Nərimanov, Elmlər Akademiyası ərazisində 9-mərtəbli binalar çox azdır və olanlarda da satış yoxdur".

Ekspert təklif edir ki, yeni tikilən binaların da ipoteka ilə verilməsi məsələsinə baxılmalıdır. Buna görə də yeni tikilən binalar təhvil verilən kimi "çıxarış"la təmin edilməlidir: "Binaların satışında ləngimə olmaması üçün çıxarış mütləqdir. Bununla yanaşı tikinti şirkətləri də bina tikən zaman kiçik ölçülü mənzillərə üstünlük verməlidir. Böyük kvadratlı evləri hər adam ala bilmir. Bu gün insanların ipoteka ilə belə 50-60 min manatlıq evlər almağa gücü çatır. Buna görə də daha çox kiçik kvadratlı evlər tikilməlidir".

Xəbər lenti
0