19:28 21 Aprel 2018
Canlı yayım
Bank əməliyyatçısı, arxiv şəkli

Nazirlikdən vətəndaşlara şad xəbər: Borclar silinməyə başladı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
179301

Səlim Müslümov: "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi prosesinə artıq başlanılıb"

BAKI, 5 aprel — Sputnik. Sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini xüsusi qeyd etmək olar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq bu prosesə başlanılıb. Proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcəkdir ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır.

Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib. 

Nazir qeyd edib ki, bu baxımdan "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" 2018-ci il 6 mart tarixli Qanunun qəbul olunması və cari il aprelin 1-dən qüvvəyə minməsi xüsusi əhəmiyyət kəsb edir: "Həmin Qanuna uyğun olaraq, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair təlimati məktub hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli şöbələrinə göndərilib. Həmin proses çərçivəsində məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borclar və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borclar tam məbləğdə silinəcəkdir. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların müəyyən hissəsi ödənilməklə, qalan hissənin silinməsi təmin ediləcəkdir.".

S.Müslümov diqqətə çatdırıb ki, bu proses eyni zamanda elə nəzərdə tutulub ki, vətəndaşların pensiya təminatına da mənfi təsir göstərməsin. Çünki 2017-ci ilin 01 iyul tarixindən pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən hazırda pensiyanın məbləği yalnız fərdi şəxsi hesabda toplanan sosial sığorta haqlarının ümumi məbləğinə, yəni pensiya kapitalına uyğun təyin olunur. Ona görə də bu borcların silinməsi və tənzimlənməsi elə aparılmalıdır ki, fərdi şəxsi hesablarda toplanan pensiya kapitalına mənfi təsir göstərməsin. Bu baxımdan hər iki tərəfin, həm işəgötürənlərin, həm də işçilərin maraqları nəzərə alınmalıdır."

Əlaqədar

Prezident fərman imzaladı: Bu sahədəki borclar silindi
Sosial sığorta borcları silindi: Əhalinin daha hansı borcları silinə bilər?
Xarici dövlət borcumuz niyə artıb? - Rəsmi
Borclu qadından 102-yə zəng: Özümü metroda qatarın altına atacam
Prezidentin təklifi qəbul edildi: Əhalinin bu günə qədərki borc və cərimələri silinəcək

Əsas mövzular