CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya yeni gətirilən metro qatarında hamımıza maraqlı olacaq yenilik

© Sputnik / Murad OrujovНовая ветка Бакинского метрополитена
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoymaq mümkün olacaq

BAKI, 4 aprel — Sputnik. “Rusiyadan “Bakı Metropoliteni” üçün sifariş verilmiş iki yeni qatarın biri artıq gətirilib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O bildirib ki, qatar hazırda depodadır və texniki baxış keçirilir: “Dünən “Metrovaqonmaş”la imzalanmış müqavilə çərçivəsində alınmış yeni qatarlardan biri Bakıya gətirilib. Hazırda Rusiyadan gələn mütəxəssislər qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar. Müəyyən sazlanma işləri aparıldıqdan, bəzi avadanlıqlar quraşdırıldıqdan sonra sınaq olacaq. Bundan sonra həmin qatar xəttə buraxılacaq. Digər ikinci qatar isə gələn ayın sonu gətiriləcək”.

Nəsimi Paşayev yeni qatardakı maraqlı yenilikdən də danışıb. O bildirib ki, həmin qatarların vaqonlarında telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoşmaq mümkün olacaq: “Təsəvvür edirsiniz, hər vaqonda, qatarda yox ha, vaqonda 16 ədəd USB portu var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Harada? Təzə aldığımız qatarların vaqonlarında”. 

Xəbər lenti
0