CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda növbəti polis-sürücü dialoqu: Bu dəfə qanun keşikçisi haqlı oldu – VİDEO

Abunə olmaq
Sürücü çox inad göstərsə də, sonda cərimə yazılıb

BAKI, 2 aprel — Sputnik. Bakıda qayda pozduğu üçün saxlanılan sürücü video yayaraq yol polisini ifşa etməyə çalışıb.

Sputnik Azərbaycan-ın Avtosferə istinadən məlumatına görə, videodan aydın olur ki, əslində, sürücü qayda pozub, yol polisi isə yüksək peşəkarlıq göstərərək onu qanuna riayət etməyə dəvət edib. Sürücü çox inad göstərsə də, sonda cərimə yazılıb.

Sürücü avtomobildə olan “reqistrator”u (videoqeydiyyatçı – red.) qoşub özündən razı şəkildə YPX əməkdaşını gözləyir. Polis əməkdaşı nizamnamənin tələblərinə uyğun olaraq özünü təqdim edir və sürücüyə pozduğu qaydanı izah edir. Məlum olur ki, sürücü İstiqlaliyyət küçəsində yolayrıcını keçmə qaydasını pozub. Sürücü inspektordan vəsiqəsini tələb edir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı, Mirzəliyev Xəqani Müqabil oğlu sənədlərini göstərir və sürücüdən də eyni qaydada sənədlər tələb edir. Lakin sürücü qayda pozmadığını bildirərək sənədləri vermir. YPX əməkdaşı "Yol hərəkəti haqqında" qanunun, İnzibati Xətalar Məcəlləsinin tələblərini izah etməklə sürücünün hüquq və vəzifələrin də mükəmməl şəkildə izah edir. Sürücü israrla yol polisi əməkdaşından kamera görüntüləri istəyir. YPX əməkdaşı nə qədər qanun və maddələri sadalasa da, sürücü onunla razılaşmır.

Nəhayət, YPX əməkdaşı sürücünün şəxsiyyətini bort kompüter vasitəsi ilə müəyyən edir və elektron qaydada protokol tərtib edir. 

Xəbər lenti
0