CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzda kürəkən qayınatasını niyə doğrayıb?

CC0 / sandid / ChainsawElektrik mişarı, arxiv şəkli
Elektrik mişarı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səfa və həyat yoldaşı Mehriban İmanova arasında bir neçə dəfə söz-söhbət olub və problem yaşanıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Oğuzda baş vermiş hadisənin bəzi təfərrüatları məlum olub.

Xatırladaq ki, dünən günorta Oğuz rayonunun Xaçmaz kəndində qayınata ilə kürəkən arasında dava olub. Hadisə nəticəsində kürəkən elektrik mişarı ilə qayınatasının yaralayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, onların qonşuları və kənd sakinləri Səfa Fətəliyevi sakit təbiətli, çalışqan biri kimi xarakterizə edirlər. Amma Səfa və həyat yoldaşı Mehriban İmanova arasında bir neçə dəfə söz-söhbət olub və problem yaşanıb. Qayınata və kürəkən arasında mübahisənin də həmin söhbətdən qaynaqlandığı güman edilir.

Ailənin kənd mərkəzindən aralı yaşaması kənd sakinlərinin baş vermiş hadisədən xəbərsiz olmasına gətirib çıxarıb. Qonşular məsələni yeni eşitdiklərini və şoka düşdüklərini söyləyirlər.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0