CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda 17 yaşlı nişanlı qız intihar etdi

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb

BAKI, 2 aprel — Sputnik. Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Çölbağırlı kəndində gənc qız özünü asaraq öldürüb. 

Özünü öldürən şəxsin 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı olduğu bildirilir. O, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U.Mirzəyeva xəstəxanada ölüb.

Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0