CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: İmtahanlarla bağlı xüsusi komissiya yaradıldı

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Abunə olmaq
DİM: İmtahanın I mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

BAKI, 1 aprel — Sputnik. Rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.

DİM-dən verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. 

Namizədlər Apelyasiya Komissiyasına 2-4 aprel 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Xəbər lenti
0