CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kənddə asılmış kişi meyiti tapıldı

Abunə olmaq
Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Lerikdə asılmış kişi meyiti tapılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, naməlum kişinin meyiti Lerik rayonu ərazisindəki meşədə aşkarlanıb.

Meyit kənd sakinləri tərəfindən tapılıb və hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Naməlum kişi meyiti ekspertiza aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti
0