CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda dəhşətli qəza: Bir maşında 5 nəfər öldü

© Photo : REPORTƏlət-Astara magistral yolunun 199-cu kilometrliyində ağır avtomobil qəzası baş verib
Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində ağır avtomobil qəzası baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
"Shacman" markalı yük maşını ilə "VAZ-21015" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub

BAKI, 31 mart — Sputnik. Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Shacman" markalı yük maşını ilə "VAZ-21015" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb.

Ölənlərin hamısı "Mitsubishi"də olublar. Ölənlərdən 2-si kişi, 3-ü qadındır.

Bir yaralı uşaq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0