22:58 12 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Raket və artilleriya bölmələrinin təlimləri

Raket və artilleriya bölmələrinin təlimləri davam edir - VİDEO

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
31 0 0

Bölmələrin yürüş imkanları, eləcə də onların cəmləşmə rayonlarına çıxarılması, start və atəş mövqelərinin vaxtında və düzgün tutmaları yoxlanılıb

BAKI, 30 mart — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında keçirilən təlimləri davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlər zamanı iştirak edən bölmələrin yürüş imkanları, eləcə də onların cəmləşmə rayonlarına çıxarılması, start və atəş mövqelərinin vaxtında və düzgün tutmaları yoxlanılıb.

Bu mərhələdə əsas diqqət qoşunların dayanıqlı, gizlin və operativ idarə olunmasına yönəldilib.

Teqlər:
təlim, artilleriya, raket, Müdafiə Nazirliyi

Əsas mövzular