CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşa 60000 manat “atan” dələduz yaxalandı

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib

BAKI, 30 mart — Sputnik. Sabunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov qeyd edib ki, Cahid adlı şəxs ona yalan vəd verərək, depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib və bu yolla onun 60000 manat pulunu ələ keçirib.

DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, zərərçəkən 2017-ci ilin aprel ayında həmin şəxsə Bakıxanov qəsəbəsində işin görülməsi müqabilində pul verəndən sonra isə Cahid verdiyi vədə əməl etməyərək onu aldadıb.

© © DİN mətbuat xidmətiCahid İsayev
Cahid İsayev  - Sputnik Azərbaycan
Cahid İsayev

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs — Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Cahid İsayevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Xəbər lenti
0