12:47 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Горнолыжный курорт Шахдаг в Азербайджане

Şahdağ niyə turistləri itirə bilər?

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
36601

Şahdağ dağ-xizək kurortu açılışından 6 il keçəndən sonra zibil içərisində batmağa başlayıb

BAKI, 29 mart — Sputnik. Turizm bölgəsi olan Şahdağ yüksək dağ silsiləsində yerləşən Şahdağ dağ-xizək kurortu açılışından 6 il keçəndən sonra zibil içərisində batmağa başlayıb.

Sputnik Azərbaycan-ın müxbirinin verdiyi məlumata görə, Qusar rayon mərkəzindən Çiləgir və ucqar dağ kəndi olan Lazaya gedərkən, tədricən yol boyu qırılmış şüşələrə və atılmış plastik qablara rast gəlmək mümkündür.

Bundan başqa, meşəliyin başladığı kiçik dağların ətəyində zibilliklər tüğyan edir. Orada adətən tez-tez istirahət etməyə gedən turistlər dayanmağa üstünlük verirlər. Onlar oradan gedərkən yemək artıqlarını, onları bükdükləri qablaşdırma vasitələrini, plastik qabları və digər zibilləri atırlar. 

Sözügedən dağ-xizək kurortuna çatmamış artıq dağların ətəyində zibil qalaqlarını müşahidə etmək mümkündür. Sanki bu yerlər istirahət üçün deyil, zibillik üçün nəzərdə tutulub.

Yalnız dağ-xizək kurortunun ərazisinə çatanda oraların təmizləndiyini görmək mümkündür.

Diqqətinizə çatdıraq ki, hələ bir neçə il bundan əvvəl rayon mərkəzindən yüksəklikdə yerləşən dağ kəndi olan Lazaya ancaq yerli sakinlər gedirdi. Lakin son illərdə ora hətta qışda belə minlərlə yerli və xarici turist gedir. Nəticədə həmin kəndin ərazisində də insanların atdığı çoxlu məişət tullantıları meydana çıxır. Lakin təəccüblüdür ki, heç kəs indiyə qədər həmin ərazilərdə zibil atmaq üçün müvafiq yerlərin təyin edilməsinə diqqət yetirməyib.

Qışda zibillərin üstünü qar örtsə də, yazın gəlişi ilə pivə butılkaları gün üzünə çıxmağa başlayır. 

İstirahət zonalarında turistlərin istifadə edə bilməsi üçün bir dənə də olsun zibil qabı qoyulmayıb. Turistlər isə özlərindən sonra ətraf mühitə tullantıları ataraq gedirlər ki, bundan betərini düşünmək mümkün deyil.

Nəticədə bir neçə il keçəndən sonra nəinki fəal şəkildə ölkəmizə gələn turistləri itirəcəyik, hətta ekoloji fəlakətin cəzasını çəkməli olacağıq.

Bu məsələ ilə əlaqədar olaraq redaksiyamız Qusar rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayevlə əlaqə saxlayıb. O, isə bəhs etdiyimiz problemin mövcudluğunu inkar edib. Deyib ki, şəhərin içinə və eləcə də Çiləgir qəsəbəsi ərazisinə həftədə bir neçə dəfə zibilləri toplamaq üçün xüsusi avtomobillər gedir.

Yol kənarlarına gəlincə, Mustafayev orada gündəlik atılan zibillərə rast gəlməyin mümkünlüyünü istisna etməyib. Bildirib ki, bu, bəzilərinin mədəniyyət səviyyəsinin göstəricisidir. 

Mustafayev əminliklə söyləyib ki, rayonun turistik yerlərində toplanan zibil mütəmadi olaraq atılır. Hətta bu məqsədlə icra hakimiyyəti iməcilik də təşkil edir. "Haradasa zibilin olması o demək deyil ki, orada zibilliklər əmələ gəlib. Müntəzəm olaraq həftədə bir və ya iki dəfə zibillər toplanaraq atılır" — deyə Mustafayev bildirib.

Yollarda zibil qablarının qoyulmamasına gəlincə, icra hakimiyyətinin nümayəndəsi deyib ki, buna heç bir zərurət yoxdur və belə qablar hətta Bakı yollarında da qoyulmayıb. Meşələrdəki təmizliyə gəlincə, bunu AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi İdarəsi təmin etməlidir.

Mustafayev onu da əlavə edib ki, digər rayonlarla müqayisədə Qusar respublikanın ən təmiz rayonlarından biridir.

Əlaqədar

Daun sindromlu ərəb turist itib
Qadın barda xarici turistin 14 min dollarını apardı
Azərbaycanda əcnəbi turistlər üçün xüsusi kampaniya təşkil olunacaq
Qiymətlərdə 15 faiz endirim edilir: Lənkəran turistlərə qucaq açır
Novruz bayramı günlərində turistləri Azərbaycanda nə gözləyir

Əsas mövzular